BAKI, 27 noyabr. TELEQRAF
Ermənistanın Sünik vilayətində TRIPP xəttinin keçəcəyi ərazilərdə təmizlik işləri davam edir.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
“Ermənistan hökuməti bir neçə gün əvvəl eyni vaxtda iki layihənin başlanıldığını elan edib: yeni Konstitusiyanın hazırlanması prosesi və TRIPP layihəsi.
Bazar ertəsi səhər saatlarında gözlənilməz tələskənliklə Alvank kəndinin yaxınlığında, İrəvan-Mehri dəmir yolu xəttinin keçdiyi ərazidə tikinti texnikaları görünməyə başlayıb. Ərazidə TRIPP xəttinin çəkilişi üçün təmizlik işləri aparılır. Artıq TRIPP layihəsinin icrasına start verildiyini demək olar.
ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen bu yaxınlarda Sünik vilayətinə səfəri zamanı TRIPP layihəsinin təməlqoyma mərasiminin yanvarın ortalarında keçiriləcəyini bildirmişdi. Ermənistan hakimiyyətinin bu şəkildə tələsməsinin səbəbi isə aydın deyil”, - nəşr qeyd edib.