BAKI, 26 noyabr. TELEQRAF
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Karen Qriqoryanın vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Teleqraf xəbər verir ki, o, vəzifəsindən Baş nazir Nikol Paşinyanın təklifi əsasında azad olunub.
Karen Qriqoryan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsinə 2024-cü il fevralın 14-də təyin edilmişdi.