BAKI, 26 noyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Rusiyaya zərər vurmaq niyyətində olmadığını bildirib.
Teleqraf xəbər verir ki, Nikol Paşinyan noyabrın 26-da hökumətin iclasında bildirib.
"Eyni münasibəti Rusiyadan da gözləyirik. Biz Rusiyanın suverenliyinə və maraqlarına hörmət edirik. Lakin bütün hörmətimizlə yanaşı, öz suverenliyimizə və maraqlarımıza daha çox hörmət edirik. Bu məsələdə həll yolları tapmalıyıq. Qeyd etməkdən məmnunam ki, gərginlik azalır",- o deyib.
Nikol Paşinyan, həmçinin Ermənistanın Rusiyaya münasibətinin istənilən halda dostluq xarakteri daşıdığını qeyd edib.