BAKI, 26 noyabr. TELEQRAF

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiya ilə dialoqun davam etdirilməsinin vacib olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, gürcü jurnalistlərə açıqlamasında Rusiya xalqının Gürcüstan üçün əziz olduğunu vurğulayıb.

"Dialoq sadə səbəbə görə davam etdirilməlidir - Rusiya xalqı bizim üçün əzizdir. Rusiya bizim qonşumuzdur. Siyasət dəyişir, lakin xalqlar dəyişmir. Hətta Antarktida ərisə belə, biz yenə də qonşu olaraq qalacağıq. Buna görə də dialoq hər zaman lazımdır və biz onu qoruyub saxlamalıyıq", - İrakli Kobaxidze bildirib.