BAKI, 26 noyabr. TELEQRAF

“Ermənistanın dövlət rəmzlərinin taleyini referendum yolu ilə vətəndaşlar müəyyən etməlidir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin dövlət gerbindən Ağrı dağının təsvirinin mümkün çıxarılması ilə bağlı suala cavabında bildirib.

Onun sözlərinə görə, yeni Konstitusiya layihəsi dövlət rəmzlərinin referendum yolu ilə qəbul ediləcək ayrıca qanunla müəyyənləşdirilməsini nəzərdə tutur. Bununla belə, hakimiyyətin hazırda dövlət rəmzlərinin dəyişdirilməsi ilə bağlı konkret təklifi yoxdur.

“Vətəndaşlar özləri hansı bayrağı, gerbi və himni özlərininki hesab etdiklərinə qərar verməlidirlər”, - Paşinyan deyib.

Hökumət başçısı əlavə edib ki, vətəndaşlar mövcud dövlət rəmzlərinin saxlanılmasını dəstəkləsələr, onlar dəyişdirilməyəcək.