BAKI, 26 noyabr. TELEQRAF
Ermənistan Rusiyaya məhsul ixracına tətbiq olunan məhdudiyyətlərlə bağlı Avrasiya Məhkəməsinə müraciət etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Ermənistan məhkəməyə şikayət vermək deyil, yaranmış vəziyyətlə bağlı hüquqi rəy almaq niyyətindədir:
"Hazırda müraciət üçün zəruri sənədlər hazırlanır. Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi məhdudiyyətlərin müzakirəsi dekabrın 1-nə təxirə salınıb. Avrasiya İqtisadi Komissiyasının Şurasının 10 üzvündən 6-sı məhdudiyyətlərin aradan qaldırılmasını dəstəkləyir. Lakin bunun üçün daha bir üzvün səsi tələb olunur. Bu səbəbdən məsələyə hüquqi qiymət verilməsi üçün Avrasiya Məhkəməsinə müraciət etmək qərara alınıb".