BAKI, 26 noyabr. TELEQRAF
Ermənistan hökuməti tərəfindən təqdim edilən yeni Konstitusiya layihəsi Venesiya Komissiyasına göndəriləcək.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 26-da hökumətin iclasında bildirib.
Nikol Paşinyan müxalifətin yeni Konstitusiya layihəsindəki bəzi müddəaların Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyünə mane olduğu barədə iddialarına münasibət bildirərkən sənədin Venesiya Komissiyasına göndəriləcəyini açıqlayıb:
"Layihə bu suallara cavab verməsi üçün Venesiya Komissiyasına göndəriləcək. Komissiya cavab verəcək, biz də görəcəyik".