TBİLİSİ, 27 sentyabr. TELEQRAF

“Fransa kimi böyük bir ölkənin parlamentinin qətnamə layihəsində açıq yalanlar yazılıb. Bu qətnamə Avropa bürokratiyasındakı ağır vəziyyətdən xəbər verir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, Avropadakı hazırkı vəziyyətin tezliklə dəyişəcəyinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Fransa Milli Assambleyasında Gürcüstanla bağlı qətnamə layihəsi hazırlanıb. Sənəddə Gürcüstandakı cari siyasi vəziyyət tənqid olunub, hökumətin Avropa demokratik dəyərlərindən uzaqlaşdığı iddia edilib.