TBİLİSİ, 26 sentyabr. TELEQRAF

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çin səfiri Çjou Tsanla görüşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib.

Görüşdə Gücüstanla Çin arasında strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətləri və bu tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Xüsusi diqqət ölkələr arasında ticari-iqtisadi əlaqələrə yönəldilib. Ticarət dövriyyəsində artım dinamikası və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün Orta Dəhlizin əhəmiyyəti vurğulanıb.