TBİLİSİ, 25 sentyabr. TELEQRAF
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ilə görüşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, tərəflər ölkələr arasında dostluq münasibətlərini və strateji tərəfdaşlığı müzakirə ediblər.
Gürcüstan və Türkiyənin Daxili İşlər Nazirlikləri arasında məhsuldar tərəfdaşlıq vurğulanıb.
Görüşdə bölgədə cari proseslər, Gürcüstan və Türkiyənin sabitliyin və sülhün təşviqindəki rolu müzakirə olunub.
İ.Kobaxidze türkiyəli nazirə Gürcüstana səfərinə görə təşəkkür edib və belə yüksək səviyyəli səfərlərin ölkələr arasında strateji tərəfdaşlığın daha da inkişafına töhfə verdiyini vurğulayıb.
Görüşdə Gürcüstanın daxili işlər naziri Geka Geladze də iştirak edib.