TBİLİSİ, 25 sentyabr. TELEQRAF
“Radikal müxalifət ölkədə xaos yaratmaq barədə daim düşünür və bu da xalqımızın maraqlarına cavab vermir”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ötən 13 ildə olduğu kimi bu il də müxalifətin planları mütləq iflasa məhkum olacaq.
“Xalqımızın maraqlarına cavab verən sülh və əmin-amanlıq təmin olunacaq. Onların məqsədi xaos yaymaq, bizim məqsədimiz isə ölkədə sülh və dincliyi qoruyub saxlamaqdır. Əminəm ki, bizim məqsədimiz qalib gələcək”, - Baş nazir söyləyib.
İ.Kobaxidze müxalifətə bir daha xəbərdalıq edərək istənilən iğtişaş cəhdinin qarşısının alınacağını bildirib.