TBİLİSİ, 24 sentyabr. TELEQRAF

“Almaniyanın Gürcüstandakı səfiri müstəqil məhməkə sisteminə təzyiqə cəhdlə radikal müxalifətin fəaliyyətində birbaşa iştirak edir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, səfirin Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırılması səfirin Vyana Konvensiyasının prinsiplərini kobud şəkildə pozduqda tətbiq olunan diplomatik tədbirdir.

Qeyd edək ki, Gürcüstan mediasında Almaniya səfiri Peter Fişerin Xarici İşlər Nazirliyinə (XİN) çağırılmasına dair məlumatlar yayılıb. XİN nəlumatı təsdiqləsə də, rəsmi məlumatın daha sonra açıqlanacağı bildirib.