TBİLİSİ, 24 sentyabr. TELEQRAF

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının səfirini gürcü jurnalistlərlə ünsiyyət zamanı tonunu aşağı salmağa çağırıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, bu çağırışı jurnalistlərə açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, tənqidi suallara baxmayaraq, kimsə jurnalistlərlə ünsiyyətdə səsinin tonunu qaldırmamalıdır.

“Avropa İttifaqı səfirinin nə qədər əsəbi olması təəccüblüdür. İstərdim ki, o, jrnalistlərlə uyğun tonda danışsın. Tənqidi suallara baxmayaraq, heç kəs gürcü jurnalistlərə bu cür yanaşmır. Avropa İttifaqı səfiri belə edirsə, bu cür tonla gürcü jurnalistlərlə danışırsa, bu, qəbuledilməzdir. Mən onu tonunu aşağı salmağa çağırıram”, - Ş.Papuaşvili deyib.