TBİLİSİ, 22 sentyabr. TELEQRAF

“Xarici agentura Gürcüstanda inqilab edə bilməyəcək, bizim buna yol verməməyimiz üçün bütün resurslarımız var”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, etirazlar xarici xidmət orqanları tərəfindən maliyyələşdirilir.

“Ukraynada xarici xidmət orqanlarının maliyyələşdirdiyi “maydan”dan sonra nələrin baş verdiyini hamı yaxşı xatırlayır. Gürcüstan hökuməti bu cür ssenarinin reallaşdırılmasına imkan verməyəcək”, - İ.Kobaxidze söyləyib.