TBİLİSİ, 20 avqust. TELEQRAF

Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüş keçirib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

Görüşdə Gürcüstanla Azərbaycan arasında mövcud tərəfdaşlıq və sıx ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər iki ölkənin müvafiq qurumları arasında səmərəli əməkdaşlıq və gələcək planlardan da danışıblar, bu əməkdaşlığın birgə səylərlə daha da dərinləşəcəyinə ümidvarlıq ifadə ediblər.

Görüşdə Gürcüstan Baş prokurorunun müavini Amiran Quluaşvili, Hüquqi təminat və beynəlxalq əlaqələr şöbəsinin müdiri Giorgi Mikava və Azərbaycan səfirinin müşaviri Samir Əbdürəhimov iştirak ediblər.

Qeyd edək ki, G.Qvarakidze bu ilin iyunun 24-dən Gürcüstanın Baş prokuroru vəzifəsini tutur.