TBİLİSİ, 30 may. TELEQRAF

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 108 nəfər təşkil edir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin aprel ayı üzrə hesabatında məlumat verilib.

Aylıq müqayisədə vətəndaşlarımızın sayı 1 nəfər azalıb.

Sənədə əsasən, vətəndaşlarımızın 30-u haqqında məhkəmə prosesi davam edir, 78-i isə məhkum edilib. Təqsirləndirilənlərin 29-u kişi, 1-i qadın, məhkumların isə 63-ü kişi, 15-i qadındır.

Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı isə 50 nəfər təşkil edir ki, onların sayı mart ayı ilə müqayisədə 1 nəfər azalıb. Həmin şəxslərin 40-ı kişi, 9-u qadın, 1-i isə yeniyetmə oğlandır.

Qonşu ölkədə ümumilikdə 1 143 nəfər əcnəbi həbs cəzası çəkir, probasiya nəzarətində isə 499 nəfər xarici ölkə vətəndaşı saxlanılır.