TBİLİSİ, 28 may. TELEQRAF
Gela Geladze Gürcüstanın daxili işlər naziri vəzifəsinə təyin olunub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.
G.Geladze bundan öncə Gürcüstanın daxili işlər və ədliyyə nazirliklərində yüksək vəzifələrdə çalışıb. O, ötən ilin dekabrından müdafiə nazirinin müavini, daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini olub.
Qeyd edək ki, 2019-cu ildən Gürcüstanın DİN başçısı vəzifəsini tutmuş Vaxtanq Qomelauri bu gün vəzifəsini tərk edib.