TBİLİSİ, 28 may. TELEQRAF

Gürcüstan Baş nazirinin müavini, daxili işlər naziri general-polkovnik Vaxtanq Qomelauri istefa verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, bu barədə müraciət yayaraq ictimaiyyəti məlumatlandırıb.

V.Qomelauri bildirib ki, vəzifəsini tərk etmək barədə qərar qəbul etməsi onun üçün asan olmayıb.

O, hakim komandaya etimada görə təşəkkür edib, ölkəsinə və komandaya sadiq qalacağını vurğulayıb.

Qeyd edək ki, V.Qomelauri 2013-2015-cü illərdə Gürcüstanın daxili işlər nazirinin müavini olub. O, 2015-2019-cu illərdə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsini tutub. 2019-cu ilin sentyabrın 8-də daxili işlər naziri vəzifəsinə təyinat alıb, ötən ilin dekabrında baş nazirin müavini təyin olunub.