TBİLİSİ, 7 may. TELEQRAF

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti ABŞ səfirliyinin Tbilisidə partlayışlar təhlükəsi ilə bağlı xəbərdarlığını şərh edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, qurumdan müvafiq xidmətlərin bomba qoyulması barədə növbəti yalan məlumatla bağlı iş apardığı qeyd olunub.

***

19:33

TBİLİSİ, 7 may. TELEQRAF

ABŞ-nin Gürcüstandakı səfirliyi Tbilisidə yerləşən üç ticarət mərkəzində partlayışlar təhlükəsi olduğu ilə bağlı xəbərdarlıq yayıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, diplomatik nümayəndəlik əməkdaşlarına növbəti xəbərdarlıq edilənə qədər ticarət mərkəzlərinin yerləşdiyi ərazilərə getməməyi tövsiyə edib.

Gürcüstanın Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti xəbərdarlığı hələ şərh etməyiblər.