BAKI, 9 noyabr. TELEQRAF
Tramp İraqın baş naziri Əli əz-Zeydidən ABŞ və İran arasında vasitəçilik etməsini istəyib.
Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Telekanalın mənbələrinin bildirdiyinə görə, İraqın Baş naziri Donald Trampla telefon danışığı zamanı İranla dialoqa dair təşəbbüslər irəli sürüb. ABŞ Prezidenti bu təklifləri qəbul edib və İraqın baş nazirindən danışıqlar prosesinə qoşulmasını istəyib.
“Al Hadath”ın məlumatına görə, bundan sonra əz-Zeydinin rəhbərlik etdiyi nümayəndə heyəti gizli şəkildə Tehrana səfər edib.
Telekanal danışıqların nəticələri barədə məlumat verməyib. İraq rəsmiləri isə hələlik bu məlumatı şərh etməyiblər.