BAKI, 9 noyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin növbəti iclası başa çatıb. O, iclasdan sonra xalqa müraciətində Azərbaycanla bağlı mühüm bəyanatlar səsləndirib.

Teleqraf "TRT Haber"ə istinadla xəbər verir ki, Türkiyə lideri Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini yüksək qiymətləndirib:

"Qarabağda hazırda irimiqyaslı abadlıq, quruculuq və dirçəliş səfərbərliyi yaşanır. Artıq Qarabağın dörd bir tərəfində sülh küləkləri əsir. Biz azərbaycanlı qardaşlarımıza hər cür dəstəyi veririk. Bir daha Qarabağın azadlığı uğrunda şəhid olmuş qardaşlarımıza Allahdan rəhmət diləyirəm".