BAKI, 9 noyabr. TELEQRAF

İran parlamentinin deputatı Esmail Kousari ABŞ seçkilərinə həsr olunmuş tədbirdə bildirib ki, ölkənin Ali rəhbəri zərurət görərsə, Tehran ən qısa müddətdə nüvə silahı istehsal edəcək.

Teleqraf xəbər verir ki, bu barədə İranın SNN agentliyi məlumat yayıb.

Deputat İranın Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilədən çıxmaq niyyətində olmadığını, lakin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) fəaliyyətsizliyini tənqid edib.

Kousari qeyd edib ki, agentlik vaxtilə İranın üç nüvə obyektini bombalayan ABŞ-ni qınamalı və məhkəməyə verməli idi.