BAKI, 9 noyabr. TELEQRAF

ABŞ Avropadakı hərbi kontingentinin gələcəyinə dair dörd ssenarini nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə TASS-ın analitik materialında bildirilib.

Məlumata görə, Pentaqon Avropadakı ABŞ hərbi qüvvələrinin yenidən qruplaşdırılması ilə bağlı dörd variant hazırlayıb. Ssenarilərdən biri qoşunların bir hissəsinin Avropadan çıxarılaraq Hind-Sakit okean regionuna köçürülməsini, digəri isə qüvvələrin Avropa daxilində yenidən yerləşdirilməsini nəzərdə tutur.

Digər variant hər iki yanaşmanın birləşdirilməsini, dördüncü ssenari isə qoşunların çıxarılması planının həyata keçirilməməsini ehtiva edir.

Qeyd olunub ki, 2026-cı ilin mayına olan məlumata əsasən, Avropada ABŞ-nin təxminən 80 min hərbçisi dislokasiya olunub. Bununla belə, Vaşinqtonun hərbi kontingentin azaldılması ilə bağlı yekun qərarı hələ qəbul edilməyib.