BAKI, 9 noyabr. TELEQRAF
Fransa həmkarlar ittifaqları hökumətə etiraz olaraq 17 noyabrda ümummilli tətil elan edib.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, Fransanın ən böyük işçi həmkarlar ittifaqlarından biri olan Ümumi Əmək Konfederasiyası (CGT) və aparıcı ittifaqlarla birgə bəyanat yayaraq, hökumətin minimum əməkhaqqının 1,6 faiz artırılması qərarına kəskin etiraz bildiriblər.
Qeyd edək ki, Fransada son aylarda kütləvi etiraz dalğası səngimək bilmir. Təhsil şəraitinin qeyri-qənaətbəxş olmasına etiraz edən lisey şagirdlərinin aksiyaları artıq iki aydır davam edir. Bununla yanaşı, "Sarı jiletlilər" hərəkatı oktyabrın 17, 24, 31-i və noyabrın 5-də küçələrə axışaraq hökumətə təzyiqi artırıblar.