BAKI, 15 oktyabr. TELEQRAF

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın Voronej vilayətində yerləşən Borisoqlebsk hərbi aerodromunda altı ədəd Su-34M bombardmançı təyyarəsini “Neptun” raket sistemi ilə məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Həmçinin aviasiya uçuşlarının təmin edilməsi üçün istifadə olunan texniki avadanlıqlar da məhv edilib.

Aerodrom ərazisində silsilə partlayışlar və yanğın qeydə alınıb.