BAKI, 14 oktyabr. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin (USQ) "Starlink" peyk internetinə çıxışı məhdudlaşdırılıb və nəticədə onların əməliyyatları pozulub.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin sabiq müşaviri Sergey Sternenko sosial şəbəkə hesabında bildirib.

O, hərəkət zamanı saatda 160 kilometrdən çox sürətdə əlaqənin itib-itmədiyini və bu səbəbdən bir sıra vacib missiyaların baş tutmadığını qeyd edib.

S.Sternenko "SpaceX" şirkətinin USQ-nin internetə çıxışını ABŞ Prezidenti Donald Tramp administrasiyasının sorğusu əsasında məhdudlaşdırdığını iddia edib.