BAKI, 14 oktyabr. TELEQRAF
“Ukrayna bu gecə yenə də ABŞ-dən kəşfiyyat məlumatları ala bilmədi”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Tərəfdaşlarımızdan Rusiyadan ballistik raketlərin atılması ilə bağlı heç bir xəbərdarlıq gəlməyib. İkinci dəfədir hücumdan əvvəl Ukraynaya xəbərdarlıq edilmir”, - o bildirib.
Rusiya gecə saatlarında Ukraynanın enerji və kritik infrastrukturuna, o cümlədən Kiyev və Xarkov vilayətlərində 39 ballistik raket və 120-dən çox hücum dronu və kamikadze sursatı ilə zərbələr endirib.