BAKI, 13 oktyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə dizel yanacağı razılaşması ilə bağlı ABŞ Prezidenti Donald Trampa istehzalı cavabı Avropa liderlərini təşvişə salıb.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.

Nəşrin yazdığına görə, Zelenski ilə Ağ Ev rəhbəri arasında yaranan qarşıdurma Ukraynanın Avropadakı müttəfiqləri arasında narahatlıq doğurub. Qeyd edilir ki, onlar iki lider arasındakı mübahisənin getdikcə kəskinləşməsinin Ukraynanın və Avropanın təhlükəsizliyinə mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər.