BAKI, 14 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp tezliklə Qrenlandiyada faydalı qazıntı yataqlarının kəşfiyyatı üzrə genişmiqyaslı işlərə başlanacağını bəyan edib.
Teleqraf xəbər verir ki, o, adanın ABŞ-nin təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətini də vurğulayıb.
“Bizim yeni, möhtəşəm Qrenlandiyamızda neft, qaz və faydalı qazıntıların kəşfiyyatı üzrə genişmiqyaslı işlərə başlamağa hazırlaşırlar”, - Tramp bildirib.
Amerika liderinin sözlərinə görə, adada asanlıqla çıxarıla bilən neft ehtiyatlarının həcmi dünyanın demək olar, bütün digər yerlərindəkindən çoxdur. O əlavə edib ki, Qrenlandiya ABŞ və Avropanın təhlükəsizliyinin təmin edilməsi baxımından əvəzolunmazdır.
“Gələcəkdə ABŞ-yə ediləcək istənilən hücum Qrenlandiya üzərindən həyata keçirilməli olacaq. Orada bizim müdafiə sistemlərimiz dronları, raketləri və hətta hələ ixtira olunmamış istənilən digər silahları asanlıqla məhv edə biləcək”, - Donald Tramp bildirib.