BAKI, 15 oktyabr. TELEQRAF

Ukrayna ordusu Rusiyanın Voronej vilayətində yerləşən Borisoqlebsk hərbi aerodromuna dronlarla zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə “Supernova+” məlumat yayıb.

Rusiya vilayətinin qubernatoru Aleksandr Qusev də dron hücumu təhlükəsi ilə bağlı açıqlama verib.

Partlayışlardan sonra aerodromda genişmiqyaslı yanğın başlayıb.