BAKI, 13 oktyabr. TELEQRAF
Macarıstan Baş naziri Peter Madyar ölkə parlamentində alkoqol və narkotik testlərinin keçirilməsinin zəruri olduğunu bildirib.
Teleqraf xəbər verir ki, hökumət başçısı deputatların “yalan detektoru” ilə yoxlanılmasını da təklif edib.
“Parlamentdə mümkün qədər tez alkoqol və narkotik testləri keçirməliyik. Əlbəttə, poliqrafla (“yalan detektoru”) yoxlama da pis olmazdı”, - Peter Madyar sosial şəbəkədə yazıb.