BAKI, 14 oktyabr. TELEQRAF
“Avropa İttifaqı 2022-ci ildən bəri Rusiyanın enerji resurslarından asılılığını 45 faizdən 12 faizə endirib, 2027-ci ildə bunun tamamilə aradan qaldırılması planlaşdırılır”.
Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Anna-Keys İtkonen deyib.
Mətbuat katibinin sözlərinə görə, Avropa İttifaqı rekord sayılacaq qısa müddətdə Rusiyanın enerji resurslarından asılılığını azaltmağa nail olub.
“Rusiyadan asılılığımızın kəskin şəkildə azalması tendensiyası göz qabağındadır: 2022-ci ildə bu rəqəm 45 faiz idi, indi isə 12 faizdir. Müvafiq qanunvericiliyin müxtəlif növ müqavilələr üçün fərqli mərhələləri olduğunu nəzərə alaraq, bu asılılığı tədricən tamamilə aradan qaldıracağıq”, - İtkonen qeyd edib.