BAKI, 15 oktyabr. TELEQRAF

“Türkiyənin BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasında (COP17) nazirlər səviyyəsində iştirak edəcəyini bilirəm”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat verib.

“Amma ən azı hazırda Azərbaycanın iştirakı ilə bağlı heç bir təsdiq almamışam”, - Paşinyan qeyd edib.

Oktyabrın 19-da başlayacaq COP17 ayın 30-dək davam edəcək.