BAKI, 13 oktyabr. TELEQRAF

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumu çərçivəsində Almaniya xarici işlər naziri Yohann Vadeful ilə görüşüb.

Teleqraf xəbər verir ki, həmsöhbətlər Ermənistan-Almaniya strateji tərəfdaşlıq gündəliyinin icrasını müzakirə ediblər.

Nazirlər həmçinin Ermənistan-Almaniya ticari-iqtisadi münasibətlərinə toxunublar.

Ararat Mirzoyan və Yohann Vadeful regional proseslər barədə fikir mübadiləsi aparıb. Mirzoyan Cənubi Qafqazda kommunikasiya və əməkdaşlığın təşviqinə yönəlmiş işlərin gedişatını təqdim edib. Nazirlər bu kontekstdə infrastruktur şəbəkəsinin inkişafı və enerji dayanıqlığının artırılmasına yönəlmiş konkret addımlara toxunublar.