BAKI, 12 oktyabr. TELEQRAF
“Ukraynada seçkilər yalnız Rusiya ilə müharibənin dayandırılmasından sonra mümkün olacaq”.
Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
“Hazırda seçkilər keçirilə bilməz. Başa düşdüyüm qədər, Ukrayna Prezidenti Volodimir Zelenski də atəşkəs olarsa, seçkilər keçirməyə hazır olduğunu bildirib”, - o qeyd edib.
Kallas vurğulayıb ki, beynəlxalq tərəfdaşlar səylərini müharibənin dayandırılmasına yönəltməlidir.