BAKI, 13 oktyabr. TELEQRAF

Almaniyada minlərlə suriyalı qaçqın sentyabr ayında Federal Miqrasiya və Qaçqınlar İdarəsindən qaçqın statusundan məhrum edilmələri barədə bildirişlər alıb.

Teleqraf xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Bildirişlər ilk növbədə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmiş və ya Almaniyanı müvəqqəti tərk etdikdən sonra yenidən ölkəyə qayıtmış Suriya vətəndaşlarına göndərilib. Bunlarda qaçqın statusunun ləğvi, subsidiar müdafiənin tanınmaması və deportasiyaya qadağanın olmaması barədə qərarlar yer alıb.

Qurum atdığı addımları Suriyadakı daxili siyasi vəziyyətin və təhlükəsizlik şəraitinin dəyişməsi ilə əsaslandırır.

Son məlumata görə, Almaniyada 915 mindən çox Suriya vətəndaşı yaşayır.