BAKI, 13 oktyabr. TELEQRAF

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Kursk vilayətində “İskəndər-M” əməliyyat-taktiki raket kompleksinə aid özüyeriyən buraxılış qurğularının və yük maşınlarının təmir bazasını vurub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiyanın Bryansk vilayətində, Şkryabino yaxınlığında isə radar stansiyası hədəfə alınıb.