BAKI, 13 oktyabr. TELEQRAF
“Gürcüstan hakimiyyəti Moldovanın Avropa İttifaqına (Aİ) inteqrasiya yolunda əldə etdiyi uğurlara paxıllıq etdiyi üçün ölkə rəhbərliyini tənqid edir”.
Teleqraf xəbər verir ki, bunu Moldova parlamentinin sədri, hakim “Fəaliyyət və Həmrəylik” Partiyasının lideri İqor Qrosu deyib.
“Gürcüstan hakimiyyəti bizi tənqid etmək fürsətini əldən vermir. Bunun səbəbi Moldovaya qarşı paxıllığıdır, çünki biz Avropaya inteqrasiya yolunda daha sürətlə irəliləyirik”, - parlament sədri bildirib.
Xatırladaq ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bundan əvvəl ölkəsinin Aİ-yə üzvlük prosesində Moldova və Ukraynadan irəli olduğunu iddia etmişdi.