BAKI, 15 oktyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində nəqliyyat əlaqələrinin inkişafı strategiyasının hazırlanmasını təklif edib.

Teleqraf xəbər verir ki, o, bu barədə bu gün Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.

K. J. Tokayev qeyd edib ki, Avrasiyanın kəsişməsində yerləşən region geniş nəqliyyat və logistika imkanlarına malikdir:

“Ortaq nəqliyyat dəhlizləri ölkələr arasında uzunmüddətli əməkdaşlığın gücləndirilməsinə töhfə verir. Təklif olunan strategiya regiondakı beynəlxalq nəqliyyat marşrutlarının, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin, Orta Dəhlizin və TRIPP təşəbbüsünün potensialının araşdırılmasına imkan yaradacaq”.