BAKI, 12 oktyabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) Rusiyanın hərbi-sənaye kompleksinə qarşı təxminən 1600 yeni sanksiya tətbiq etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
O qeyd edib ki, bu, Ukraynada müharibənin başlanğıcından bəri Rusiyaya qarşı sanksiya siyahısının ən böyük genişləndirilməsi olacaq. Kallas həmçinin enerji atəşkəsinin mümkünlüyünü alqışlayaraq, Rusiyanın buna əməl edib-etməyəcəyinin hələlik bəlli olmadığını vurğulayıb.