BAKI, 14 oktyabr. TELEQRAF

Rumıniyada hava məkanını pozan hava hədəfinin aşkarlanması ilə əlaqədar iki F-16 qırıcısı havaya qaldırılıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Silahlı Qüvvələrin radar müşahidə sistemi ölkə sərhədinin yaxınlığında hərəkət edən yeni hava hədəfi aşkarlayıb. Ardınca dərhal Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 təyyarəsi Borça şəhərindəki 86-cı aviabazadan havaya qaldırılıb.

Qeyd edilib ki, aşkarlanmış hədəf ölkənin milli hava məkanında qısa müddət hərəkət etdikdən sonra Ukraynanın hava məkanına daxil olub və orada Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.