BAKI, 10 avqust. TELEQRAF
“Rusiya Ukraynaya bir hücum zamanı 2,5 dəfə çox - 200-dək ballistik raket buraxmağı planlaşdırır”.
Teleqraf xəbər verir ki, bunu Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi deyib.
“Rusiya hazırda eyni vaxtda 77 ballistik raket buraxa bilir, amma bu göstəricini 200-ə çatdırmağı planlaşdırır”, - o qeyd edib.
Brovdinin sözlərinə görə, Ukraynanın ballistik raketlərlə mübarizədə resursları olduqca məhduddur.
O vurğulayıb ki, ballistik raketlərin sayını azaltmağın yeganə yolu onların istehsalında iştirak edən bütün obyektlərə zərbələr endirməkdir.