BAKI, 10 avqust. TELEQRAF
Moldova Stefan Voda rayonunun Krokmaz kəndinə dronun düşməsindən sonra Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırdı.
Teleqraf xəbər verir ki, Moldova Xarici İşlər Nazirliyi dron hadisəsini qətiyyətlə pisləyib.
Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “Bu hadisə Moldova Respublikasının suverenliyinin və ərazi bütövlüyünün ciddi şəkildə pozulmasıdır və vətəndaşlarımızın təhlükəsizliyini təhlükə altına qoyub”.
Qeyd olunur ki, Moldova Rusiyanın Ukraynaya qarşı müharibəsini və onun ölkənin və bütün regionun təhlükəsizliyi üçün nəticələrini pisləyir.