BAKI, 10 avqust. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Kommunist Partiyasının “Lenin” mükafatına layiq görülüb.

Teleqraf xəbər verir ki, partiyanın Mərkəzi Komitəsinin sədri Gennadi Züqanov Minskdə Belarus lideri ilə görüş zamanı dövlət başçısına xüsusi diplom və fəxri nişan təqdim edib.

“BelTA”nın məlumatına görə, Lukaşenko “ədalətli çoxqütblü dünya ideyalarının təsdiqlənməsi üçün yorulmaz və ardıcıl işinə və onun formalaşması təcrübəsinin genişləndirilməsinə verdiyi töhfəyə”, “Birlik Dövlətinin möhkəmləndirilməsi üçün davamlı səylərinə”, “SSRİ dövrünün tarixi irsinin və dəyərlərinin qorunmasında şəxsi iştirakına” və “iki ölkənin xalqlarının dostluğunun və qardaşlığının möhkəmləndirilməsindəki mühüm roluna” görə bu mükafata layiq görülüb.