BAKI, 10 avqust. TELEQRAF
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Group 13” xüsusi təyinatlı bölməsi işğal edilmiş Krım yarımadasında Rusiyanın S-400 “Triumf” zenit-raket kompleksinin iki buraxılış qurğusunu və “Orion” dronlarının idarəetmə antennasını məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Əməliyyat nəticəsində Rusiya ordusunun təxmini itkilərinin on milyonlarla dollar təşkil edə biləcəyi bildirilib.