BAKI, 10 avqust. TELEQRAF
“Rusiya məqsədlərinə nail olana qədər dayanmayacaq, Ukrayna bunu gözləməməlidir”.
Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın istefada olan diplomatı Alaster Krok deyib.
O bildirib ki, Rusiya Ukrayna ərazisinə kütləvi zərbələr endirir, hazırda Odessadakı limanları dağıdır.
Krokun iddiasına görə, nəticədə Ukrayna dənizə çıxışı olmayan dövlətə çevrilib, bir çox gəmiləri məhv edilib:
“Düşünürəm ki, müharibənin kəskin şəkildə gərginləşməsi mərhələsinə daxil oluruq. Fikrimcə, Rusiya məqsədlərinə nail olana qədər təzyiqi davam etdirəcək və artıracaq”.