BAKI, 10 avqust. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərində yerləşən neft emalı zavoduna dronlarla zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Hücumdan sonra zavodda yanğın başlayıb.
Bildirilib ki, bu sənaye kompleksi Rusiyanın yanacaq-energetika infrastrukturunun əsas elementlərindən biridir.
Kompleks bundan əvvəl də dəfələrlə Ukraynanın dron hücumlarına məruz qalıb. Sonuncu hücum iyulun 8-də baş vermişdi.