BAKI, 8 avqust. TELEQRAF
Türkiyə öz gəmilərinə qarşı hücumların artması fonunda Qara dənizdə ticarət gəmilərinə məhdudiyyətlər tətbiq etməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, Türkiyənin Sahil Mühafizəsi İdarəsi Rusiyanın Novorossiysk limanına gedən bəzi gəmilərin boğazlardan keçməsinə icazə verməyib və ya onların keçid üçün müraciətlərinə baxılması üçün əlavə vaxt tələb edib.
Məlumata görə, bu addım Türkiyəyə məxsus gəmilərə qarşı hücumların son dövrdə artması ilə əlaqələndirilir.
Məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.