BAKI, 8 avqust. TELEQRAF
Ukrayna Pilotsuz Sistem Qüvvələri avqustun 1-dən 8-dək Qara və Azov dənizlərində Rusiyanın “kölgə donanmasına” aid daha 12 gəmini vurub.
Teleqraf xəbər verir ki, bu barədə Pilotsuz Sistem Qüvvələri məlumat yayıb.
Qeyd edilib ki, ümumilikdə, “MoLoÇKa” əməliyyatının başladığı iyulun 6-dan avqustun 8-dək Pilotsuz Sistem Qüvvələri 218 su nəqliyyatı vasitəsinə zərbə endirib. Onlardan 134-ü Azov dənizində, 84-ü isə Qara dənizində olub.