BAKI, 23 mart. TELEQRAF
Solçu Sosialist Partiyasının namizədi Emmanuel Qrequar Fransanın paytaxtı Paris şəhərinin meri seçilib.
Teleqraf xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Qrequar seçkilərin ikinci turunda səslərin 50,52 faizini toplayıb.
Sosialist Partiyasının deputatı və keçmiş mer Anne İdalqonun birinci müavini olan Emmanuel Qrequar rəqibi Rəşidə Datini təxminən 9 faiz səslə qabaqlayıb.
Digər solçu namizəd Sofi Çikiru səslərin 7,96 faizini qazanıb.